"Qalınacaq ən pis yerdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir!
(Ali İmran surəsi, 151)
Onlar cəhənnəmə girəcəklər. Ora nə pis bir məskəndir!
(İbrahim surəsi, 29)
Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
(Nisa surəsi, 115)
Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!
(Ali İmran surəsi, 162)
Həqiqətən, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. İnkar edənlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
(Məhəmməd surəsi, 12)