"Qəlblər Onun idarəsindədir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah diləməyincə, siz diləyə bilməzsiniz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(İnsan surəsi, 30)
Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlbdə olanları bilir.
(Şura surəsi, 24)
Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)
Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir.
(Nəhl surəsi, 108)
Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, elçiləri haqsız yerə öldürmələri və: “qəlbimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman edər.
(Nisa surəsi, 155)
Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 7)
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)