"Qövmün Hz.Məryəmi nümunə verməsi" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü.
(Zuxruf surəsi, 57)
Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” - dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir.
(Zuxruf surəsi, 58)
İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
(Zuxruf surəsi, 59)
Biz əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə elçilər göndərmişdik.
(Zuxruf surəsi, 6)
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur.
(Zuxruf surəsi, 61)