"Peyğəmbərlərə çox hörmətli olmaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər, Allahın və elçisinin önünə keçməyin! Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Hucurat surəsi, 1)
Ey iman edənlər, səslərinizi elçinin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.
(Hucurat surəsi, 2)
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hucurat surəsi, 3)
(Ey elçi!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir.
(Hucurat surəsi, 4)
Əgər sən çölə çıxıb onların yanına gedənə qədər səbir etsəydilər, şübhəsiz ki, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir.
(Hucurat surəsi, 5)