"Ona tabe olanların nicat tapması inkar edənlərin əzablandırılması" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb inkar edənlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər inkar edənlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”
(Ali İmran surəsi, 55)
İnkar edənlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!
(Ali İmran surəsi, 56)