"Ona itaət, münafiqlər və qəlbində xəstəlik olanlar üçün bir sınaq mövzusudur" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Aralarında hökm verməsi üçün Allaha və elçisinə çağırıldıqları zaman onlardan bir qrup dərhal üz çevirər.
(Nur surəsi, 48)
Əgər haqq (Allah və Rəsulunun verdiyi hökm) onların lehinə olarsa, itaət edərək onun yanına gələrlər.
(Nur surəsi, 49)
Onların qəlbində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və elçisinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır.
(Nur surəsi, 50)
Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
(Nisa surəsi, 115)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Sizə Allahın ayələri oxunduğu və Onun elçisi də aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir.
(Ali İmran surəsi, 101)
“Allaha iman edin və Onun elçisi ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və: “Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər.
(Tövbə surəsi, 86)
Onlara: “Allahın nazil etdiyinə (Qurana) və elçiyə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən.
(Nisa surəsi, 61)
Allahın elçisi (Saleh) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.
(Şəms surəsi, 13)
Ancaq onlar elçisi təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.
(Şəms surəsi, 14)
(Ey elçi!) Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
(Furqan surəsi, 20)
Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
(Furqan surəsi, 7)
(Ey elçi!) Biz səndən əvvəl elə bir rəsul və nəbi göndərməmişik ki, o bir şeyi arzuladığı zaman şeytan onun arzusuna bir şey qatmasın. Ancaq Allah şeytanın qatdığını yox edər. Sonra Allah Öz ayələrini möhkəmləndirər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Həcc surəsi, 52)
(Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
(Həcc surəsi, 53)