"Mənfəətlərinə və nəfslərinə uyğun gəlməyən əmrləri yerinə yetirməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və onlara elçilər göndərmişdik. Hər dəfə bir elçi onlara, nəfsinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (elçilərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər.
(Maidə surəsi, 70)
Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)