"Mən sənin günahını üzərimə götürərəm deyənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab verən deyilik.
(İsra surəsi, 15)
İnkar edənlər möminlərə: “Bizim yolumuza tabe olun! Sizin günahlarınızı da biz daşıyaq”, - dedilər. Halbuki onların heç bir günahını daşıyası deyillər. Həqiqətən, onlar yalançıdırlar.
(Ənkəbut surəsi, 12)
Şübhəsiz, onlar həm öz günahlarını, həm də öz günahları ilə yanaşı başqa günahları daşıyacaqlar. Onlar qiyamət günü, uydurduqları şeylər barəsində hökmən sorğu-sual olunacaqlar.
(Ənkəbut surəsi, 13)
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.
(Fatir surəsi, 18)