"Müsəlman olması üçün kimsə məcbur edilə bilməz" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.
(Ğaşiyə surəsi, 21)
Sən onları məcbur edən deyilsən.
(Ğaşiyə surəsi, 22)
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman etmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!
(Qaf surəsi, 45)
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman edərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir!
(Bəqərə surəsi, 256)
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.
(Nəhl surəsi, 82)
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Artıq kim doğru yolu tutarsa, bu onun lehinə olar, kim də (doğru yoldan) azarsa, bu onun əleyhinə olar. Mən sizə zamin deyiləm”.
(Yunis surəsi, 108)
O qaşqabağını töküb üzünü çevirdi,
(Əbəsə surəsi, 1)