"Münafiqlərin qəlblərindəki xəstəliyi ortaya çıxarandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin
(Ali İmran surəsi, 166)
Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir.
(Ali İmran surəsi, 167)