"Hər şeyi əhatə edəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Şüeyb) dedi: “Ey qövmüm! Mənim qəbiləm sizə görə Allahdan daha üstündür ki, Ona arxa çevirdiniz? Həqiqətən, Rəbbim etdiyiniz əməlləri (elmi ilə) əhatə etmişdir.
(Hud surəsi, 92)
Bilin ki, onlar Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edir.
(Fussilət surəsi, 54)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Onun əmri onların arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq surəsi, 12)
Beləcə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.
(Kəhf surəsi, 91)
Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
(Taha surəsi, 98)
Onlar (etdiklərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə vaxtı Onun razı qalmadığı sözləri sərf etdikləri zaman da Allah onların yanında idi. Allah onların etdiklərini (elmi ilə) əhatə etmişdir.
(Nisa surəsi, 108)
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) əhatə etmişdir.
(Nisa surəsi, 126)
Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 115)