"Hər şeyə şahid olandır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
De: “Mənimlə aranızda şahid olaraq Allah yetər. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, (onları) görür”.
(İsra surəsi, 96)
İnkar edənlər: “Sən elçi deyilsən”, - deyirlər. De ki: “Allah və Kitabı bilənlər (müsəlman olmuş yəhudi və xristianlar) mənimlə sizin aranızda şahid olaraq kifayətdir”.
(Rad surəsi, 43)
Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
(Fussilət surəsi, 53)