Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar o kəslərdir ki, Allah onların qəlbindəkini bilir. Elə isə onlardan üz çevir və onlara öyüd-nəsihət verərək özləri haqqında təsirli söz söylə!
(Nisa surəsi, 63)
Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik.
(Nisa surəsi, 31)
Günahın aşkar olanını da, gizli olanını da tərk edin! Şübhəsiz, günah qazanan kəslər etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Ənam surəsi, 120)
De: “Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir.
(Əraf surəsi, 33)