Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər, Allahdan çəkinin və əgər iman etmişsinizsə, faizdən qalanı (alacağınızı) tərk edin (almayın)!
(Bəqərə surəsi, 278)
Əgər (belə) etməsəniz, bilin ki, Allah və elçisi tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
(Bəqərə surəsi, 279)
Faiz yeyənlər, şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 275)
Ey iman edənlər, qatbaqat artıraraq faiz yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
(Ali İmran surəsi, 130)