"Evlilikdə qadına verilən malların boşanmada geri alınmaması" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər bir arvadın yerinə başqa bir arad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?!
(Nisa surəsi, 20)
Onu necə geri alarsınız?! Axı, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar.
(Nisa surəsi, 21)