"Dünya həyatına bağlanmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və inkar edən olduqları halda can vermələrini istəyir.
(Tövbə surəsi, 85)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və inkar edən olaraq can vermələrini istəyir.
(Tövbə surəsi, 55)
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)
Pis əməli özünə yaxşı göstərilib onu yaxşı hesab edən kimsə (pis əməli yaxşı hesab etməyən kimsə kimi) ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salar, istədiyini də doğru yola yönəldər. Elə isə onlar üçün kədərlənib özünü məhv etmə! Şübhəsiz ki, Allah onların nə etdiklərini yaxşı bilir.
(Fatir surəsi, 8)
Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
(Münafiqun surəsi, 9)
Onlardan bəzi zümrələrə verdiyimiz dünya malına əsla göz dikmə, onlara görə kədərlənmə və möminləri qanadının altına al!
(Hicr surəsi, 88)