"Dünya boş bir məqsəd uğruna yaradılmamışdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 112)
Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Bəqərə surəsi, 113)
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 115)
Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq.
(Ənbiya surəsi, 16)
Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik.
(Ənbiya surəsi, 17)