"Cənnətdəki yemək və içkilər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir.
(Mutaffifin surəsi, 25)
Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar!
(Mutaffifin surəsi, 26)
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 15)
Çoxlu meyvələr arasında olacaqlar.
(Vaqiə surəsi, 32)
O məyvələr nə tükənər, nə də qadağan olunar.
(Vaqiə surəsi, 33)
Onlar tikansız sidr ağacları arasında,
(Vaqiə surəsi, 28)
(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında,
(Vaqiə surəsi, 29)
Onların əynində taftadan və atlazdan yaşıl paltarlar vardır. Onlar gümüş bilərziklərlər bəzəniblər. Rəbbi onlara tərtəmiz içki içirər.
(İnsan surəsi, 21)
(Meyvələrin) kölgələri onlara çox yaxındır və onların dərilməsi çox asanlaşdırılıb.
(İnsan surəsi, 14)
Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır.
(İnsan surəsi, 15)
Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.
(İnsan surəsi, 16)
Orada onlara qarışığı zəncəfil olan içki içirilir.
(İnsan surəsi, 17)
İkisində də hər cür meyvə, xurma və nar vardır.
(Rəhman surəsi, 68)