"Allah tərəfindən endirilmişdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”.
(İsra surəsi, 88)
Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbi rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman edənləri mütləq doğru yola yönəldər.
(Həcc surəsi, 54)
Barəsində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
(Səcdə surəsi, 2)
Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” - deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir elçi gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər.
(Səcdə surəsi, 3)
Bu, uydurma söz deyildir. Nə qədər də az inanırsınız!
(Haqqə surəsi, 41)
O, kahin sözü də deyildir. Nə qədər də az düşünürsünüz!
(Haqqə surəsi, 42)
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
(Haqqə surəsi, 43)
Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir.
(Yunis surəsi, 37)
Yoxsa onlar: “(Məhəmməd) onu özündən uydurdu!” - deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!”
(Yunis surəsi, 38)
Heç şübhəsiz, bunu (Quranı) aləmlərin Rəbbi nazil etmişdir.
(Şuəra surəsi, 192)
Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır.
(İbrahim surəsi, 1)
Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi və şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir.
(Fussilət surəsi, 42)
Bu kitab (Quran) yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.
(Zumər surəsi, 1)