"Allahın izni olmadan kimsə kimsəyə bir xeyir verə bilməz" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.
(Zumər surəsi, 15)
O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.
(Taha surəsi, 109)
O gün onlardan hər birinin yetərincə işi olacaq.
(Əbəsə surəsi, 37)
O gün insan qaçacaq öz qardaşından,
(Əbəsə surəsi, 34)