"Allahın özlərini öldükdən sonra dirildəcəyinə inanmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)
İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)
Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
(Muminun surəsi, 34)
O sizə, ölüb torpaq və sür-sümük olduqdan sonra (yenidən dirilib) çıxarılacağınızımı vəd edir?
(Muminun surəsi, 35)
Sizə vəd olunan (həqiqətdən) çox-çox uzaqdır!
(Muminun surəsi, 36)
Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
(Muminun surəsi, 37)
O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
(Muminun surəsi, 38)
Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.
(İsra surəsi, 98)
Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” - dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.
(Səcdə surəsi, 10)
Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
(Nəml surəsi, 66)
İnkar edənlər dedilər: “Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (dirildilib) çıxardılacağıqmı?
(Nəml surəsi, 67)