"Allahı özlərinin etdiklərindən xəbərsiz zənn edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yoxsa onlar öz sirlərini və gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz (mələklər) də yazırlar.
(Zuxruf surəsi, 80)
Məgər (münafiqlər) bilmirlərmi ki, Allah onların sirlərini də, pıçıltılarını da, qeybi (gizli şeyləri) də çox yaxşı bilir?!
(Tövbə surəsi, 78)
Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, Allahın sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz.
(Fussilət surəsi, 22)
Onlar bilmirlərmi ki, Allah onların gizlində və aşkarda etdiklərini bilir?!
(Bəqərə surəsi, 77)