"Əzab davamlı olacaq və yüngülləşdirilməyəcəkdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə: “Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir.
(Yunis surəsi, 52)
Onlar cəhənnəmdən çıxmaq istəyərlər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün daimi bir əzab vardır.
(Maidə surəsi, 37)
Onlar orada əbədi qalacaqlar. Onların əzabları yüngülləşdirilməyəcək və onlara heç möhlət də verilməyəcəkdir.
(Ali İmran surəsi, 88)
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)
Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” - deyəcəklər.
(Mömin surəsi, 47)
İnkar edənlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir inkar edəni bu cür cəzalandırarıq.
(Fatir surəsi, 36)
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6)