"Ərəfatdan enişdə Allahı xatırlamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz.
(Bəqərə surəsi, 198)
Sonra insanların (sel kimi) axışıb gəldiyi yerdən siz də gəlin və Allahdan bağışlanmanızı diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 199)