"Əlaqədə olmadısa iddət gözləməsinə ehtiyac olmaması" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın!
(Əhzab surəsi, 49)