"Əksəriyyətə görə hərəkət etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Allah ölən bir kimsəni diriltməz!” - deyə var gücləri ilə Allaha and içdilər. Əksinə, (ölüləri diriltmək) Onun haqq olaraq verdiyi bir vəddir. Ancaq insanların çoxu bunu bilmir.
(Nəhl surəsi, 38)
Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır. Lakin insanların çoxu iman etməz.
(Rad surəsi, 1)
Onların çoxu ancaq şərik qoşaraq Allaha iman edərlər.
(Yusif surəsi, 106)
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
(Yusif surəsi, 21)
Sən nə qədər istəsən də, insanların çoxu iman edəsi deyil.
(Yusif surəsi, 103)
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir.
(Rum surəsi, 30)
Qiyamət mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların çoxu buna inanmır.
(Mömin surəsi, 59)
Şübhəsiz, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük bir işdir. Lakin insanların çoxu bunu bilməz.
(Mömin surəsi, 57)