Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız!”
(Hud surəsi, 34)
Rəbbinin diləməsi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, sənin Rəbbin istədiyini edəndir.
(Hud surəsi, 107)
Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!
(Müddəssir surəsi, 56)
Ayələrimizi təkzib edənlər qaranlıqlar içində qalmış karlar və lallardır. Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, dilədiyini də doğru yola yönəldər.
(Ənam surəsi, 39)
Bilmirsənmi ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?! O, dilədiyi kimsəyə əzab verər, dilədiyi kimsəni də bağışlayar. Allah hər şeyə qadirdir.
(Maidə surəsi, 40)
Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni onlara vəkil (onları iman etməyə məcbur edən biri kimi) göndərməmişik.
(İsra surəsi, 54)
Həqiqətən, Allah iman edib yaxşı işlər görən kimsələri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Şübhəsiz ki, Allah istədiyini edər.
(Həcc surəsi, 14)
Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz.
(Nisa surəsi, 49)