"İnkar edənlər zənginliklərinin özlərini axirətdə qurtaracağını düşünürlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
(Səba surəsi, 34)
Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər.
(Səba surəsi, 35)
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.
(Səba surəsi, 36)
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər: “Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi!
(Əraf surəsi, 48)