"İnkar edənlərə qarşı sərt və qürurludurlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Maidə surəsi, 54)
Həqiqətən, Allahın nəzərində yer üzündəki canlıların ən pisi inkar edənlərdir. Çünki onlar iman etməzlər.
(Ənfal surəsi, 55)
Onlar, səninlə əhd bağladıqdan sonra heç çəkinmədən hər dəfə əhdlərini pozan kimsələrdir.
(Ənfal surəsi, 56)
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar!
(Ənfal surəsi, 57)
Ey elçi, inkar edənlərə və münafiqlərə qarşı cihad et və onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. O necə də pis bir dönüş yeridir!
(Təhrim surəsi, 9)