"İnkarçılardan görəcəkləri təzyiq qorxusu ilə iman etməyənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.
(Yunis surəsi, 83)
(Müşriklər:) “Əgər biz səninlə birlikdə doğru yola tabe olsaq, yurdumuzdan çıxarılarıq”, - dedilər. Biz onları Öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, təhlükəsiz və müqəddəs bir yerdə (Məkkədə) məskunlaşdırmadıqmı?! Lakin onların çoxu bunu bilməz.
(Qəsas surəsi, 57)