Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ancaq Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Rəbbin onları bunun üçün yaratdı. Rəbbinin: “Həqiqətən, cəhənnəmi məhz cin və insanlarla dolduracağam!” sözü yerinə yetdi.
(Hud surəsi, 119)
Ey iman edənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır.
(Təhrim surəsi, 6)
Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməzsiniz - onda yanacağı insanlar və daşlar olan, inkar edənlər üçün hazırlanmış oddan çəkinin!
(Bəqərə surəsi, 24)
Şübhəsiz ki, siz və Allahı qoyub ibadət etdikləriniz cəhənnəm yanacağısınız. Siz ora girəcəksiniz!
(Ənbiya surəsi, 98)
Şübhəsiz ki, inkar edənlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar.
(Ali İmran surəsi, 10)
Əgər Biz istəsəydik, əlbəttə, hər kəsə hidayət verərdik. Lakin “Cəhənnəmi bütövlüklə cinlər və insanlarla dolduracağam!” sözü Mənim tərəfimdən qərara alınmışdır.
(Səcdə surəsi, 13)