Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edən olub (insanları) Allahın yolundan döndərənlərə törətdikləri fitnə-fəsad səbəbilə əzab üstünə əzab artıracağıq.
(Nəhl surəsi, 88)
Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.
(Nəhl surəsi, 106)
Şübhəsiz, bizə: “(Elçiləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.
(Taha surəsi, 48)
Allahın ayələrinə inanmayanları, əlbəttə, Allah doğru yola yönəltməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 104)