"İman etmədikləri halda mömin olduqları təəssüratını yaratmaq istəyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər.
(Bəqərə surəsi, 8)
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın elçisisən!” - dedilər. Allah da bilir ki, sən Onun elçisisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
(Münafiqun surəsi, 1)
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)