"İman edənlər üçün şəfa, hidayət və rəhmətdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O (Quran), yaxşı əməl sahibləri üçün doğru yol və rəhmətdir.
(Loğman surəsi, 3)
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.
(Yunis surəsi, 57)
Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri onlara izah etməyin üçün və möminlərə hidayət və rəhmət olsun deyə nazil etdik.
(Nəhl surəsi, 64)
Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
(İsra surəsi, 82)
Şübhəsiz ki, o, möminlər üçün hidayət rəhbəri və rəhmətdir.
(Nəml surəsi, 77)
Onlara bir ayə gətirmədiyin zaman: “Sən onu özündən uydurmalı deyildinmi?” - deyərlər. De: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman edən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”.
(Əraf surəsi, 203)
Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.
(Casiyə surəsi, 20)
Sənə Kitab nazil olacağını gözləmirdin. Lakin o, Rəbbindən bir rəhmət olaraq sənə nazil olmuşdur. Ona görə də əsla inkar edənlərə dayaq olma!
(Qəsas surəsi, 86)
O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik.
(Nəhl surəsi, 89)