"Öz dinlərinə uymadıqları üçün möminlərdən razı olmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Ey kitab əhli! Biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman edirik deyəmi bizə qarşı kin bəsləyirsiniz? Həqiqətən, sizin çoxunuz (haqq yoldan çıxmış) fasiqlərdir.
(Maidə surəsi, 59)
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.
(Bəqərə surəsi, 120)