Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhə yoxdur ki, Allah zərrə qədər də zülm etməz. Əgər (insanın) yaxşı bir əməli olarsa, Allah onu (o əməlin mükafatını) ikiqat artırar və Öz dərgahından (ona) böyük bir mükafat verər.
(Nisa surəsi, 40)
(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
Biz onların etdiyi hər bir (yaxşı) əmələ nəzər salar və onu səpələnmiş zərrələrə çevirərik (puç edərik).
(Furqan surəsi, 23)
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.
(Səba surəsi, 3)
(Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir.
(Səba surəsi, 22)
Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
(Zəlzələ surəsi, 7)
Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.
(Zəlzələ surəsi, 8
)