Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız.
(Bəqərə surəsi, 64)
Kitab verdiyimiz kimsələr onu layiqincə oxuyarlar. Onlar ona iman edərlər. Kim onu inkar edərsə, əsil ziyana uğrayanlar məhz onlardır.
(Bəqərə surəsi, 121)
Ey iman edənlər! Əgər inkar edənlərə itaət etsəniz, sizi geri (öz dinlərinə) döndərərlər və siz də ziyana uğramış halda geri qayıdarsınız.
(Ali İmran surəsi, 149)
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür.
(Nisa surəsi, 119)
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Maidə surəsi, 5)
Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o, zərər çəkənlərdən oldu.
(Maidə surəsi, 30)
İman edənlər isə: “Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular.
(Maidə surəsi, 53)
De: “Göylərdə və yerdə olanlar kimindir?” De ki: “Allahındır!” O, Özünə mərhəmətli olmağı vacib etmişdir. O sizi olacağına şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaqdır. Özlərinə zərər yetirənlər isə iman etməzlər.
(Ənam surəsi, 12)
Kitab verdiyimiz kimsələr onu (elçini), öz övladlarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana salanlar iman etməzlər.
(Ənam surəsi, 20)
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” – deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!
(Ənam surəsi, 31)
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir.
(Əraf surəsi, 9)
O ikisi belə dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”.
(Əraf surəsi, 23)
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı.
(Əraf surəsi, 53)
Şüeybi yalanlayanlar, sanki orada heç naz-nemət içində yaşamamış kimi oldular. Şüeybi yalanlayanların özləri ziyana uğradılar.
(Əraf surəsi, 92)
Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz.
(Əraf surəsi, 99)
Onlar (buzova sitayiş etməkdən) peşman olub haqq yoldan azdıqlarını gördükləri zaman dedilər: “Əgər Rəbbimiz bizə mərhəmət etməsə və bizi bağışlamasa, həqiqətən, biz ziyana uğrayanlardan olacağıq”.
(Əraf surəsi, 149)
Allah kimi doğru yola yönəldərsə, doğru yolda olan odur. O, kimləri azdırarsa, onlar əsil ziyana uğrayanlardır.
(Əraf surəsi, 178)
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
(Ənfal surəsi, 37)
Allah onları toplayacağı gün bir-birlərini tanıyacaq və sanki gündüzün yalnız bir hissəsi qədər qaldıqlarını zənn edəcəklər. Allah ilə qarşılaşacaqlarını yalanlayanlar ziyana uğrayacaqlar. Onlar doğru yolda deyillər.
(Yunis surəsi, 45)
Allahın ayələrini yalanlayanlardan da olma! Yoxsa ziyana uğrayanlardan olarsan.
(Yunis surəsi, 95)
Onlar özlərini ziyana salan kimsələrdir. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
(Hud surəsi, 21)
Şübhəsiz, axirətdə ən çox ziyana uğrayanlar məhz onlardır.
(Hud surəsi, 22)
Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”
(Hud surəsi, 47)
De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi?
(Kəhf surəsi, 103)
Onlar İbrahimə hiylə qurmaq istədilər. Ancaq Biz onları daha çox ziyana düşmüş bir vəziyyətə saldıq.
(Ənbiya surəsi, 70)
Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
(Muminun surəsi, 34)
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Muminun surəsi, 103)
De: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Batilə inanıb Allahı inkar edənlər əsil ziyana uğrayanlardır”.
(Ənkəbut surəsi, 52)
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.
(Zumər surəsi, 15)
Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər əsil ziyana uğrayanlardır.
(Zumər surəsi, 63)
(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan hekayəsini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana uğrayarlar.
(Mömin surəsi, 78)
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri bəndələri barəsindəki qanunudur. İnkar edənlər oradaca ziyana uğradılar.
(Mömin surəsi, 85)
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və buna görə də ziyana uğrayanlardan oldunuz.
(Fussilət surəsi, 23)
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
(Fussilət surəsi, 25)
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən. İman edənlər isə: “Həqiqətən, ziyana düşənlər qiyamət günü özlərini və ailələrini ziyana salanlardır!” - deyərlər. Bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
(Şura surəsi, 45)
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
(Casiyə surəsi, 27)
Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.
(Mücadilə surəsi, 19)
Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
(Münafiqun surəsi, 9)
Beləcə, onlar əməllərinin cəzasını daddılar və işlərinin sonu ziyana düşmək oldu.
(Talaq surəsi, 9
)