Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Qardaşlar) dedilər: “Ey vəzir! Onun çox qoca bir atası var. Onun yerinə bizdən birini saxla. Çünki sənin yaxşı insanlardan olduğunu görürük”.
(Yusif surəsi, 78)
Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!
(İsra surəsi, 23)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)
Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
(Rum surəsi, 54)
Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.
(Saffat surəsi, 135)
Onun zövcəsi (Sara) qışqıraraq gəldi və əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi.
(Zəriyət surəsi, 29
)