Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”
(Ənam surəsi, 50)
(Ey elçi!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
Yusif dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə (rəhbər) təyin et! Həqiqətən, mən yaxşı qoruyanam, (bu işi) yaxşı bilənəm”.
(Yusif surəsi, 55)
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk.
(Hicr surəsi, 21)
Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz!
(Hicr surəsi, 22)
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir.
(İsra surəsi, 100)
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
(Furqan surəsi, 8)
Xəzinələrdən və dəyərli yerdən (çıxartdıq).
(Şuəra surəsi, 58)
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
(Sad surəsi, 9)
Yoxsa Rəbbinin xəzinələri onların yanındadır, yaxud hökmranlıq edən onlardır?!
(Tur surəsi, 37)
Onlar: “Elçinin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.
(Münafiqun surəsi, 7)
Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz.
(Cin surəsi, 26
)