Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
(Ali İmran surəsi, 180)
Xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın, Öz lütfündən onlara verdiyi şeyi (nemətləri, imkanları) gizlədən kəslərdir. Biz inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
(Nisa surəsi, 37)
Ey iman edənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 34)
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”
(Tövbə surəsi, 35)
Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan.
(İsra surəsi, 29)
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir.
(İsra surəsi, 100)
Həmçinin (Allahın xalis bəndələri) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
(Furqan surəsi, 67)
Onlar xəsislik edər, insanlara da xəsisliyi əmr edərlər. Kim (Allah yolunda infaq etməkdən) üz döndərərsə, bilsin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, hər cür tərifə layiqdir!
(Hədid surəsi, 24)
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16)
Əgər Allah bunu (bütün malınızı) sizdən istəsəydi və israrla tələb etsəydi, siz xəsislik edəcəkdiniz və O sizin kininizi ortaya çıxaracaqdı.
(Məhəmməd surəsi, 37)
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.
(Məhəmməd surəsi, 38)
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
(Qələm surəsi, 17)
Heç bir şeyi istisna etməmişdilər (“İnşaAllah” deməmişdilər).
(Qələm surəsi, 18)
Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.
(Qələm surəsi, 19)
Beləcə, o bağ yanıb qapqara qaraldı.
(Qələm surəsi, 20)
Onlar səhər durub bir-birinə belə səsləndilər:
(Qələm surəsi, 21)
“Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin!”
(Qələm surəsi, 22)
Beləliklə, onlar yola düşdülər. Bir-birinə belə pıçıldayırdılar:
(Qələm surəsi, 23)
“Bu gün yanınıza heç bir yoxsul gəlməsin!”
(Qələm surəsi, 24)
Onlar (yoxsullara) mane ola biləcəklərini düşünərək erkən getdilər.
(Qələm surəsi, 25)
Ancaq oranı (bağı) gördükləri zaman belə dedilər: “Yəqin biz səhv gəlmişik.
(Qələm surəsi, 26)