Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Nisa surəsi, 81)
Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim onlara vəkil olacaq?
(Nisa surəsi, 109)
Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Vəkil olaraq Allah yetər!
(Nisa surəsi, 132)
Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur. Ona görə də Allaha və elçilərinə iman edin və “(Allah) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
(Nisa surəsi, 171)
Sənin qövmün onu (Quranı), haqq olduğu halda yalan saydı. De: “Mən sizin vəkiliniz deyiləm”.
(Ənam surəsi, 66)
Onlar kitab, hökm və elçilik verdiyimiz kəslərdir. Əgər (inkar edənlər) bunları (bu dəlilləri) inkar etsələr, Biz onların yerinə bunları inkar etməyən bir qövm gətirərik.
(Ənam surəsi, 89)
Budur Rəbbiniz olan Allah! Ondan başqa heç bir ilah yoxdur. O, hər şeyi yaradandır. Buna görə də Ona ibadət edin! O, hər şeyə vəkildir (qoruyandır).
(Ənam surəsi, 102)
Əgər Allah diləsəydi, onlar müşrik olmazdılar. Səni onların üstündə gözətçi qoymamışıq. Sən onların vəkili də deyilsən.
(Ənam surəsi, 107)
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Artıq kim doğru yolu tutarsa, bu onun lehinə olar, kim də (doğru yoldan) azarsa, bu onun əleyhinə olar. Mən sizə zamin deyiləm”.
(Yunis surəsi, 108)
(Ey elçi!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
(Yaqub) dedi: “Başınıza bir müsibət gəlməsi istisna olmaqla, onu mütləq mənə gətirəcəyinizə dair Allah adına mənə söz verməyincə, onu sizinlə göndərməyəcəyəm”. Onlar söz verdikdən sonra (Yaqub) dedi: “Allah bizim söylədiklərimizə şahiddir”.
(Yusif surəsi, 66)
Musaya Kitabı verdik və İsrail oğullarına: “Məndən başqa heç kimi vəkil tutmayın!” - deyərək onu bir hidayət rəhbəri etdik.
(İsra surəsi, 2)
Rəbbiniz sizi çox yaxşı tanıyır. Əgər diləyərsə, sizə rəhm edər, diləyərsə, sizə əzab verər. Biz səni onlara vəkil (onları iman etməyə məcbur edən biri kimi) göndərməmişik.
(İsra surəsi, 54)
Şübhəsiz, (ixlaslı) bəndələrim üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər.
(İsra surəsi, 65)
Onun sizi quruda yerə batırmayacağından, yaxud üzərinizə daş yağdırmayacağından əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
(İsra surəsi, 68)
Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin.
(İsra surəsi, 86)
Musa: “Bu, mənimlə sənin aranda bir müqavilədir. Bu iki müddətdən hər hansı birini yerinə yetirsəm, mənə qarşı bir düşmənçilik olmayacaq. Allah söylədiklərimizə şahiddir”, - dedi.
(Qəsas surəsi, 28)
De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.
(Səcdə surəsi, 11)
Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər.
(Əhzab surəsi, 3)
İnkar edənlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Əhzab surəsi, 48)
(Ey elçi!) Şübhəsiz ki, Biz insanlar üçün Kitabı sənə haqq olaraq nazil etdik. Kim doğru yola yönələrsə, bu onun lehinə, kim doğru yoldan azarsa, bu da onun əleyhinə olar. Sən onların vəkili deyilsən.
(Zumər surəsi, 41)
Hər şeyi yaradan Allahdır. O, hər şeyi idarə edir.
(Zumər surəsi, 62)
Allahdan başqasını özlərinə dost tutanları O, daim izləyir. Sən onların vəkili deyilsən.
(Şura surəsi, 6)
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et!
(Müzzəmmil surəsi, 9
)