Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır.
(İbrahim surəsi, 1)
Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır.
(İsra surəsi, 44)
Allahın sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək və yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”.
(İsra surəsi, 52)
De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut!
(İsra surəsi, 111
)