Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
(Ali İmran surəsi, 118)
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, elçisindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.
(Tövbə surəsi, 16)
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)
Yoxsa onlar öz sirlərini və gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz (mələklər) də yazırlar.
(Zuxruf surəsi, 80)
O gün bütün sirlər ortaya çıxarılacaqdır.
(Tariq surəsi, 9
)