Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır.
(Rad surəsi, 39)
Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, hikmətlidir.
(Zuxruf surəsi, 4)
Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
(Qaf surəsi, 4)
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Hədid surəsi, 22)
O (Quran) çox şərəfli səhifələrdədir,
(Əbəsə surəsi, 13)