Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar kar, lal və kordurlar. Buna görə də (doğru yola) qayıtmazlar.
(Bəqərə surəsi, 18)
İnkar edənlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər.
(Bəqərə surəsi, 171)
Ayələrimizi təkzib edənlər qaranlıqlar içində qalmış karlar və lallardır. Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, dilədiyini də doğru yola yönəldər.
(Ənam surəsi, 39)
Şübhəsiz, Allah nəzdində canlıların ən pisi, (haqqı) düşünməyən karlar və lallardır.
(Ənfal surəsi, 22)
Allah iki nəfəri də misal gətirdi; onlardan biri laldır, heç bir şey bacarmır və ağası üçün bir yükdür. Ağası onu hara göndərsə, bir xeyir gətirməz. O və doğru yolda olub ədaləti əmr edən kimsə eyni ola bilərmi?
(Nəhl surəsi, 76)
Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.
(İsra surəsi, 97
)