Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Axirət) gəldiyi gün Onun icazəsi olmadan heç kim danışa bilməz. Onlardan bəziləri bədbəxt, bəziləri də xoşbəxt olacaqdır.
(Hud surəsi, 105)
Bədbəxt olanlar cəhənnəmdədirlər. Onlar orada ah-fəryad içində çətinliklə nəfəs alarlar.
(Hud surəsi, 106)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
(Məryəm surəsi, 32)
Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
(Məryəm surəsi, 48)
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
(Taha surəsi, 123)
Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
(Muminun surəsi, 106)
Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.
(Əla surəsi, 10)
Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır.
(Əla surəsi, 11)