Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər.
(Əraf surəsi, 176)
Onlar yuxuda ikən sən onların oyaq olduğunu zənn edərdin. Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik. Onların iti də mağaranın girişində qabaq ayaqlarını uzadıb yatmışdı. Əgər onları müşahidə etsəydin, mütləq dönüb onlardan qaçardın və gördüklərinə görə səni qorxu bürüyərdi.
(Kəhf surəsi, 18)
(İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü də itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə də açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə və onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!
(Kəhf surəsi, 22
)