Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Daha əvvəl insanlara doğru yolu göstərmək üçün. (İndi də) O, Furqanı nazil etdi. Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir.
(Ali İmran surəsi, 4)
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman etdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
(Əraf surəsi, 126)
Biz də ayələrimizi (möcüzələrimizi) yalanladıqlarına və düşünüb təfəkkür etmədiklərinə görə onlardan intiqam aldıq və onları dənizdə boğduq.
(Əraf surəsi, 136)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Ona görə də Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır.
(İbrahim surəsi, 47)
Biz onlardan da intiqam aldıq. Şübhəsiz, ikisi də (Əykə və Mədyən) görünən bir yol üstündədir.
(Hicr surəsi, 79)
Şübhəsiz ki, səndən əvvəl də elçiləri öz qövmlərinə göndərdik. Elçilər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
(Rum surəsi, 47)
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
(Səcdə surəsi, 22)
Allah kimi doğru yola yönəldərsə, onu heç kim azdıra bilməz. Allah qüdrətli və intiqam sahibi deyilmi?!
(Zumər surəsi, 37)
Buna görə də Biz onlardan intiqam aldıq. (Elçiləri) yalanlayanların aqibətinin necə olduğuna bir bax!
(Zuxruf surəsi, 25)
Biz səni götürüb aparsaq da, heç şübhəsiz, onlardan intiqam alacağıq.
(Zuxruf surəsi, 41)
Onlar Bizi qəzəbləndirdikləri zaman onlardan intiqam aldıq və onların hamısını suda boğduq.
(Zuxruf surəsi, 55)
Onlara güclü bir zərbə endirəcəyimiz gün, şübhəsiz, Biz intiqamımızı alacağıq.
(Duxan surəsi, 16)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
(Qamər surəsi, 10)
Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman etdikləri üçün intiqam alırdılar.
(Büruc surəsi, 8
)