X
Xeyir: Fayda, fəzilət, ədalət, bərəkət olan şey. Şərin əksi. Özündən fayda verilən, mal. Bəyənilən, könlün meyl göstərdiyi şey. (Elm, ağıl, yaxşılıq kimi.) Quranda cənnət. İslamın və təmiz ağılın bəyəndiyi hər şey.
Xəbis: Pis, murdar, iyrənc, çirkin. Pis insan və ya pis şey. Maddi və mənəvi təmiz olmayan hər şey. Murdar. Quranda haram. Qan, donuz əti, faiz, rüşvət, Allahı tanımamaq, küfr, yalan və s.
Xələf: Birinin yerini xeyirlə tutmaq.
Xəlifə: Başqası adına naiblikdə, vəkillikdə olmaq. Bu bir adamın ya yoxluğunda, ya aciz və gücsüz vəziyyətində, ya da bir vəkil kimi kimisə ucaltma məqsədi ilə edilər. Allah insanı ucaldan bir varlıq olaraq onu yer üzündə öz xəlifəsi təyin etmişdir.
Xəlq: Yaratma, yaradılış. Allahın verdiyi fitrət. Bir şeyi nədənsə yaratmaq, icad etmək. Əxlaq ilə eyni kökdən olan xüsusiyyət. Var olan bir şeyə şəkil vermə və ya yox olanı var etmə. Eyni kökdən törəmə, bir başqa mənası da yalan uydurma.
Xərac: Qarşılıq. Ödəniş. Vergi. Termin kimi hüquqi mülkiyyəti dövlətə aid olmaqla birlikdə, istifadə haqqları üzərində yaşayanlara verilmiş torpaq, bu torpaq üçün ödənilən vergi.
Xüms: Beşdə bir. Termin kimi qənimətin beşdə bir hissəsinin Allaha, rəsuluna, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalmışlara ayrılması