N
Nafilə: Termin olaraq fərz qılınana əlavə olaraq edilən ibadət. Daha çox ibadət. Hz. Peyğəmbər (s.ə.v)-ə xas ibadət. Hədiyə.
Nasuh Tövbə: Ciddi, qəti, ixlaslı və məqbul tövbə. Adamın etdiyi cinayət və günahdan ürəyində ciddi və səmimi bir peşmanlıq hiss edib bir daha heçvaxt o səhvi etməməyə qərar verməsi, səhvlərdən və günahlardan uzaqlaşmağa qəti qərar vermək.
Nemət: Yumşaqlıq mənasındakı "nüumet" ilə əlaqədar olan bu söz, insanın ləzzət aldığı gözəl vəziyyət deməkdir. Xoşbəxtlik duyğusu, həzz verən şeylər. Allahdan bir lütf və lütfkarlıq. İnsanın bütün dolanışıq, bəslənmə və gözəllik vasitələri. Həyata gözəlliyi. Nüsrət. Qənimət. Şərəf,səs.
Nəbi: Hərfi mənası xəbərçi. Allahın əmrlərini təbliğ edən və vəhyin xəbərlərini gətirən kəs, peyğəmbər. Quranda Allahdan xəbər gətirənlərin sonuncusu olan hz. Məhəmməd.
Nəcis: Murdarlıq, pislik, iyrənclik. Quranda, şirk, bütlər. Haramlar.
Nəfs: Bir şeyin şəxsi, özü. Ruh. Cins, növ, öz. Ürək. Şəhvət, arzu və qəzəbin başlanğıc yeri, yatağı. Vicdan. İnsanda əmr verən güc, dinamik.
Nəhy: Qadağan. Çəkinmə, şiddətlə çəkindirmə. Termin olaraq, Allahın haram etdiyi şey.
Nəim: Nemətlərlə təmin edilmiş. Bir cənnət dərəcəsinin adı.
Nəsih: Bir-birini izləyən iki şeydən birinin digərini silməsi, qüvvədən salması. Unutdurma. Təxirə salma. Nəql və təhvil vermə. Ərəb hərflərinin kitab çapında istifadə edilən çeşidi.
Nəsil: Soy, nəsil. Uşaqlar. Zəif kəslər. Nəslin davamı.
Nicat: Lüğəvi mənası, ətrafında olanlara görə yüksək və əlaqəli olmayan yer deməkdir. Termin olaraq qurtuluş və sağlamlıqdır.
Nifaq: Yeraltında olan lağım, canavar yuvası, deşik. İkiüzlülük. Daxili ilə xarici eyni olmamaq.
Nikah: Bağ, əhd. Evlilik bağı və əhdi. Mədəni müqavilə.
Nur: İşıq, işıqlıq, ziya. Quranda Allahdan gələn hidayət. Quran. Hz. Məhəmməd (s.ə.v.).
Nüsuk, Mənasik: Kəsiləcək heyvan. Həccin əlamətləri. Həcc və Ümrədəki qurban. Həcc ibadəti və əməlləri. Allaha yaxınlaşdıran hər şey, ibadətlər. İbadət yeri və tərzi. Qanunlar. Şəriətlər. Xüsusi şəriət. Üsul.
Nüşuz: Yüksəklik, bütün bəlli itaət sərhədlərini aşmaq deməkdir. Ancaq bir başqa mənası, yoldaşlardan birinin digərində cinsi qısqanclıq oyandıracaq rəftar etməsi, yoldaşına xəyanət edirmiş kimi təsəvvür yaratması. Bu vəziyyət həm qadın (Nisa, 34), həm kişi (Nisa, 128) üçün də etibarlı olduğuna görə, nüşuzu qadının kişisinə itaət etməməklə məhdudlaşdırmaq səhvdir. Hər ikisi də nüşuz edə bildiyinə görə cəza tədbiri ikisinə də uyğun nəzərdə tutulmuşdur.
Nütfə: Bir damla su, sperma.
Nüzül: Mərasim, əyləncə mərasimi və tərzi. Yerləşmə. Qiymətli bir qonağa və ya üstün bir kimsəyə təqdim edilən ikram. Möminlərin cənnətdə qarşılanmaları.